Tiflisdə daşqın qurbanlarının sayı 17-yə çatıb

Tiflisdə daşqın qurbanlarının sayı 17-yə çatıb
# 16 iyun 2015 14:59 (UTC +04:00)

APA-nın məlumatına görə, xilasedicilərdən biri "Mziuri" parkında gənc qadının meyitinin tapıldığını bildirib. Bu, "Mziuri" parkında aşkarlanan dördüncü meyitdir.

Beş nəfər isə itkin düşmüş sayılır.

Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Tiflisdə güclü küləklə müşayiət olunan leysan və dolu düşüb.

Nəticədə Vere çayında suyun səviyyəsi kəskin qalxıb.

Evlərə, yollara, obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

Güclü sel Tiflis zooparkını da dağıdıb. Xeyli vəhşi heyvan tələf olub, bir hissəsi isə zooparkın ərazisini tərk edərək paytaxt küçələrinə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR