“NİDA” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər Nərimanov Rayon Məhkəməsinin icra şöbəsinə çağırılıb

“NİDA” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər Nərimanov Rayon Məhkəməsinin icra şöbəsinə çağırılıb
# 28 mart 2013 10:47 (UTC +04:00)

Bu barədə APA-ya Turqut Qəmbər özü məlumat verib. İcra şöbəsinə bu gün çağırıldığını deyən “NİDA” üzvünün sözlərinə görə, orada ondan “Əsgər ölümlərinə son!” aksiyasında iştirakına görə məhkəmənin qərarı ilə ödəməli olduğu cəriməni tələb ediblər və izahat yazmasını istəyiblər. Lakin T. Qəmbər izahatında həmin cəriməni ödəməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR