Məhkumun üzərindən narkotik vasitə tapılıb

Məhkumun üzərindən  narkotik vasitə tapılıb
# 22 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məhkumun üzərindən narkotik vasitə tapılıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR