Çin Meksikanın “Pemex” neft şirkətinə 10 mlrd dollar yatıracaq

Çin Meksikanın “Pemex” neft şirkətinə 10 mlrd dollar yatıracaq
# 16 noyabr 2014 01:45 (UTC +04:00)

Bakı-APA. Çinin Meksikanın “Pemex” dövlət neft şirkətinə yatıracaq sərmayələrin ümumi həcmi 10 mlrd dollar təşkil edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Meksika prezidenti Enrike Penyi Nyetonun Pekinə səfəri çərçivəsində Çinin İnkişaf Bankı ICBC (Industrial and Commercial Bank of China), CNOOC neft konserni və China Development Bank ilə memorandumlar imzalanıb.

“Pemex”-in açıqlamasında bildirilir ki, ICBC ilə bağlanmış saziş şirkət üçün ilk olaraq 10 mlrd dollar həcmində kredit xəttinin açılmasını nəzərdə tutur.

“Bu vəsaitlər neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı işlərinə, həmçinin, dəniz yataqları üçün avadanlığın alınmasına xərclənəcək”, deyə şirkətdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR