Bank Of Baku

I rübdə qiymətli kağızlar bazarında 6,2 mlrd. manatlıq əməliyyat aparılıb

I rübdə qiymətli kağızlar bazarında 6,2 mlrd. manatlıq əməliyyat aparılıb
# 24 aprel 2018 15:46 (UTC +04:00)

Bu ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6,2 mlrd. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.

 

Törəmə maliyyə alətləri üzrə 2,6 mlrd. manat həcmində əməliyyat baş tutub ki, onun da 90%-i (2,3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

 

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olub.

 

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR