Azərbaycanın bəzi rayonlarında 36 dərəcə isti olacaq

Azərbaycanın bəzi rayonlarında 36 dərəcə isti olacaq
# 04 iyun 2012 09:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. İyunun 5-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx və Sahildə 23-24 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 5-də hava gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR