Korrupsiyada ittiham olunan sabiq hərbi komissar və digərlərinin məhkəməsi günün ikinci yarısında davam etdirilib

Korrupsiyada ittiham olunan sabiq hərbi komissar və digərlərinin məhkəməsi günün ikinci yarısında davam etdirilib
# 13 fevral 2012 13:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Hərbi Məhkəməsində Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Bariz Abbasovun cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib. APA-nın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda digər təqsirləndirilən şəxslər Tale İbrahimov, Mərbud Məmmədov və Bariz Abbasov elan olunan ittiham aktına münasibət bildiriblər. Onlar ittiham aktı üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, günün birinci yarısında başlayan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Xatırladaq ki, Suraxanı rayonunun sabiq hərbi komissarı T. Ağayev ötən ilin aprelində həbs edilib. O və digər ittiham olunanlar rüşvət almaqda təqsirli bilinirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR