İspaniyanı meşə yanğınları bürüyüb

İspaniyanı meşə yanğınları bürüyüb
# 10 mart 2012 02:19 (UTC +04:00)
Bakı-APA. İspaniyanın şimal-şərqində güclü meşə yanğınları davam edir. Bir gün ərzində alov Kataloniyada təxminən min hektar meşə ərazisini məhv edib. Ətraf yaşayış məntəqələrindən 500-dən artıq insan təxliyə olunub.

Ümumilikdə alovun 4 episentri var, hazırda onlardan yalnız biri nəzarətə götürülüb. Digərləri çətin keçilə bilən rayonlardadır, ona görə də digər episentrlərə gedən yol buldozerlərlə açılır. Hadisə yerində yüzlərlə yanğınsöndürən briqadaları işləyirlər, onlara havadan təyyarə və helikopterlər kömək edirlər.

Möhkəm külək yanğınsöndürənlərin işinə mane olur. Rəsmilərin sözlərinə görə, yanğına səbəb də külək olub. Ümumilikdə isə son bir neçə ay Kataloniyada quraqlıq keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR