Rumıniyanı “Eurovision-2012” müsabiqəsində təmsil edəcək qrup Bakıda klip çəkdirəcək - FOTO

Rumıniyanı “Eurovision-2012” müsabiqəsində təmsil edəcək qrup Bakıda klip çəkdirəcək - <font color=red>FOTO</font>
# 15 may 2012 11:20 (UTC +04:00)
Qrupun üzvləri APA-ya bildiriblər ki, onlar müsabiqədən sonra yayımlanacaq klipin çəkilişlərini Bakıda aparmağı planlaşdırırlar.

“Biz Bakıya ilk dəfə gəlmişik, lakin müsabiqə başa çatdıqdan sonra daha iki həftə burada qalmaq istəyirik. Şəhəriniz, insanlarınız, buranın iqlimi və mətbəxi çox xoşumuza gəldi. Təəssüf ki, yeməklərin adlarını yadda saxlaya bilmədik, lakin Azərbaycan mətbəxinin ləziz yeməklərinin dadına baxdıq, yeməkləriniz çox dadlıdır”.

Qrupun üzvü Aleks iş qrafiklərinin çox sıx olduğunu deyib: “Ümidvarıq ki, şəhərinizlə daha yaxından tanış olmaq, görməli yerləri gəzmək imkanı əldə edəcəyik. Bu cür yüksək səviyyəli təşkilatçılığa görə Sizi təbrik etmək istəyirəm. Ümidvarıq ki, bu, Bakıya son səfərimiz olmayacaq”.

Qrupun solisti Elenu İonesku “Zaleyla” mahnısını ifa edəcəkləri “Baku Kristall Hall” səhnəsini çox bəyəndiyini deyib: “Biz artıq ilk məşqimizi keçirmişik, səhnə, işıqlandırma, binanın özü bizdə ən xoş təəssüratlar yaratdı. Müsabiqədə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

“Mandinga” qrupunun üzvü bildirib ki, müsabiqədə kimin qalib gələcəyini təxmin etmək çətindir: “Azərbaycan, Rusiya təmsilçilərinin ifa etdikləri mahnı çox xoşumuza gəldi. Rusiyanın mahnısı başqalarından fərqlənir, bu, yeni ideyadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR