Vilnüsdə Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək

Vilnüsdə Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək
# 17 sentyabr 2013 08:53 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 18-də Litva Seymində Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov məlumat verib.

Görüşdə iki ölkə parlamentləri arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan Milli Məclisinin deputatları səfər çərçivəsində Litva parlament sədrinin müavini Algirdas Sisas, Seymin xarici əlaqələr komitəsinin sədri Benediktas Yoda və Litva xarici işlər nazirinin müavini Andryus Krivas ilə də görüşəcəklər.

Vilnüsdə keçiriləcək müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rasim Müsabəyov iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR