Azərbaycanda bank kredit qoyuluşları 31% artıb

Azərbaycanda bank kredit qoyuluşları 31% artıb
# 02 oktyabr 2013 08:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 2013-cü il sentyabrın 1-nə 14 062,7 mln. manat təşkil edib.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, illik müqayisədə kredit qoyuluşlarının həcmi 3 316,1 mln. manat və ya 30,9% artıb.

Eyni zamanda, kredit qoyuluşlarının həcmi yanvar-avqust ayları ərzində 2 098,8 mln. manat və ya 17,5%, təkcə avqust ayında isə 255,7 mln. manat və ya 1,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR