Bu il Azərbaycanda ana ölümləri ilə bağlı 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb - VİDEO

Bu il Azərbaycanda ana ölümləri ilə bağlı 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 09:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb: “Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”.

L. Rzaquliyeva sonuncu – 24-cü ana ölümü ilə bağlı isə araşdırma aparıldığını qeyd edib.

Ölümlərin səbəbinə gəlincə, komissiyanın sədri deyib ki, ölümlər müxtəlif səbəblərdən baş verir: “Belə ki, hamilə qadınlar bəzi hallarda qeydiyyata durmurlar, müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur, gizlədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR