Azərbaycandan Türkiyəyə elektrik enerjisinin tranzitinə dair müqavilə imzalanacaq

Azərbaycandan Türkiyəyə elektrik enerjisinin tranzitinə dair müqavilə imzalanacaq
# 03 dekabr 2013 13:23 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu rəsmi mətbuata açıqlamasında Azərbaycan Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev bildirib.

Onun sözlərinə görə, region ölkələri arasında yüksək gərginlikli elektrik verilişi xətlərinin birləşdirilməsini nəzərdə tutan «Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü Layihəsi» artıq yekunlaşmaq üzrədir: «Bu ilin sonuna Azərbaycan elektrik enerjisinin ixracı üzrə regional əməkdaşlıq çərçivəsində həyata keçirilən əsas layihələrdən birini də başa çatdırmağı planlaşdırır».

Şöbə müdiri bildirib ki, artıq tərəflər arasında tranzit şərtləri barədə razılaşma əldə edilib: «Bundan başqa, Azərbaycan və Rusiya enerji sistemləri vahid sinxron zonada paralel iş rejimində fəaliyyət göstərir. Hazırda ölkələr arasında elektrik enerjisi dəhlizinin texniki imkanlarının mövcud 350 MVt-dan 700 MVt-a qədər artırılması üzrə iş aparılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR