TQDK yazı işlərinin yoxlanılması üçün regionlardan olan ekspert-markerlərin seçiminə başlayıb

TQDK yazı işlərinin yoxlanılması üçün regionlardan olan ekspert-markerlərin seçiminə başlayıb
# 06 fevral 2014 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yazı işlərinin yoxlanılması üçün regionlardan olan ekspert-markerlərin seçilməsi və onlarla treninqlər keçirilməsi prosesinə başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya veirlən xəbərə görə, ilkin olaraq komissiyanın 5 regional bölməsində - Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Göyçay orta məktəblərin Azərbaycan dili və riyaziyyat müəllimləri bu prosesə cəlb olunub. İştirakçı müəllimlər kompüter arxasında əyləşərək hazırlanmış xüsusi proqramda ona təklif olunan sual kitabçalarını meyarlar əsasında qiymətləndirir.


Müəllimin verdiyi qiymətlər həmin meyarlar əsasında əvvəlcədən çıxarılmış etalon qiymətlərlə tutuşdurulur. Bundan sonra videobağlantı vasitəsi ilə region müəllimləri ilə müzakirə aparılır, onlarda yaranan suallar araşdırılır və izah olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR