Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 28 oktyabr 2013 07:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin sentyabr ayı üzrə 101,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayına nisbətən 1,1 faiz bəndi artıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

Göründüyü kimi, indeks 100%-dən yuxarı səviyyədədir. Bu, mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il oktyabrın 1-nə 212,6 mln. manat, sentyabrın 1-nə 208,8 mln. manat təşkil edib.

Qeyd edək ki, sentyabr ayında pərakəndə ticarət dövriyyəsi avqusta nisbətən 1 556,8 mln. manatdan 1 659,8 mln. manatadək artıb. Beləliklə, sentyabr ayında baş verən mal qalıqlarının artması ticarətin zəifləməsi deyil, mal təchizatının güclənməsi ilə bağlı olub. Göründüyü kimi, sentyabrda mal qalıqları 3,8 mln. manat, satış 103 mln. manat artıb və beləliklə, mal təchizatı təxminən 106,8 mln. manat dəyərində artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR