Prezident İlham Əliyev Azərbaycan və Rusiya fövqəladə hallar nazirlikləri arasında imzalanmış Kompleks Əməkdaşlıq Planını təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan və Rusiya fövqəladə hallar nazirlikləri arasında imzalanmış Kompleks Əməkdaşlıq Planını təsdiq edib
# 28 avqust 2013 21:20 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev 2013-cü il avqustun 13-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısı Fövqəladə Hallar Nazirliyinə fərmanın 1-ci hissəsində göstərilən Kompleks Əməkdaşlıq Planının müddəalarının həyata keçirilməsini təmin etməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR