Saakaşvili Kiyevdə Müstəqillik meydanında çıxış edib

Saakaşvili Kiyevdə Müstəqillik meydanında çıxış edib
# 07 dekabr 2013 18:42 (UTC +04:00)

“Bizim azadlıq yolunda göstərdiyimiz səylərə heç nə mane ola bilməz”, deyə o nitqində qeyd edib. APA-nın məlumatına görə, o qeyd edib ki, ukraynalılar avrointeqrasiya istiqamətində düzgün seçim ediblər. Bundan sonra Saakaşvili Ukrayna hakimiyyətinin devrilməsi tələbi ilə çıxış edənlərə qoşulub.

Gürcüstan XİN rəhbəri Maya Pandjikidze Tiflisdə jurnalistlərə bildirib ki, Mixail Saakaşvili “öz hərəkətlərində azaddır və onun heç bir bəyanatı, çıxışı, nitqi və digər hərəkətləri Gürcüstan hökumətinin mövqeyini əks etdirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR