ATƏT-in baş katibi “dondurulmuş” münaqişələrin həllində irəliləyişin olduğunu qeyd edib

ATƏT-in baş katibi “dondurulmuş” münaqişələrin həllində irəliləyişin olduğunu qeyd edib
# 07 noyabr 2013 20:42 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu fikri Lamberto Zanyer “İTAR-TASS”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçirilməsinə dair razılaşmanın əldə olunması mühüm addım olub.

“Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutması üzərində işləyirik. Ümid edirəm ki, bu görüş ilin sonunadək baş tutacaq”, deyə o vurğulayıb.

“ATƏT-in vəzifəsi tərəflərin siyasi tənzimləmə yolu ilə irəliləmək niyyətini dəstəkləmək və digər alternativləri nəzərə almamaqdan ibarətdir”, deyə Zanyer qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR