İran məktəblərində pilotsuz təyyarələrin necə ələ keçirilməsinə dair dərs tədris olunacaq

İran məktəblərində pilotsuz təyyarələrin necə ələ keçirilməsinə dair dərs tədris olunacaq
# 22 avqust 2013 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda bu ildən etibarən ibtidai və orta məktəblərin tədris planına pilotsuz təyyarələrin necə ələ keçirilməsinə bağlı dərs saatı salınacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Bəsic” (yarımhərbi könüllülər dəstəsi) qüvvələrinin komandanı, general Əli Fəzli açıqlama verilib. Onun sözlərinə görə, bu dərs saatı müdafiəyə hazırlıq işlərinin bir parçası olaraq ölkənin təhsil sisteminə daxil edilir: “Bu cür dərslər həftədə iki-üç saat keçiriləcək”.

Qeyd edək ki, şagirdlər dərslərdə əsasən kompüter sistemlərini sıradan çıxararaq pilotsuz təyyarələri necə salacaqlarını öyrənəcəklər. Ancaq məktəblərin texniki imkanları və ya dərslərin necə veriləcəyi haqda ətraflı məlumat verilməyib. Son illərdə ABŞ-ın pilotsuz təyyarələri Fars körfəzində manevrlər edir, İran hava məkanını tez-tez pozurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR