Ukrayna DİN rəhbəri: “Münaqişəni silahlı qarşıdurma olmadan həll etmək cəhdlərimiz nəticəsiz qalır”

Ukrayna DİN rəhbəri: “Münaqişəni silahlı qarşıdurma olmadan həll etmək cəhdlərimiz nəticəsiz qalır”
# 25 yanvar 2014 11:10 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Kiyevdəki son hadisələr göstərir ki, münaqişəni silahlı qarşıdurma olmadan, sülh yolu ilə həll etmək cəhdlərimiz nəticəsiz qalır.

APA – nın məlumatına görə, belə bir bəyanatla Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko çıxış edib.

Nazir qeyd edib ki, iqtidarla müxalifət arasında əldə olunmuş anlaşmalar pozulur.

V. Zaxarçenkonun sözlərinə görə, gecə saatlarında hüquq-mühafizə orqanları nümayəndələrinin müxalifət liderləri ilə apardığı danışıqlar nəticəsiz qalıb.

O qeyd edib ki, müxalifət liderləri ölkə vətəndaşlarını təhlükəyə atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR