Vladimir Putin Poroşenkonun sülh planını dəstəkləyib

Vladimir Putin Poroşenkonun sülh planını dəstəkləyib
# 22 iyun 2014 02:45 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun ölkənin cənub-şərqində atəşin dayandırılmasına dair təşəbbüsünü dəstəkləyib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında bildirilir.

“Rusiya dövlətinin başçısı bildirir ki, danışıqlar prosesinin başlanmasına yönəlmiş əməli addımların atılmayacağı təqdirdə təqdim olunan plan real olmayacaq”, deyə məlumatda bildirilir. Putin həmçinin separatçılara ultimatum irəli sürməyin yolverilməz hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR