Azərbaycan dənizaltılarını təmir üçün Xorvatiyaya göndərib

Azərbaycan dənizaltılarını təmir üçün Xorvatiyaya göndərib
# 31 iyul 2014 14:36 (UTC +04:00)

APA-nın «İntelligence Online» saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın dənizaltıları Xorvatiyanın «Adria Mar» şirkətinin tərsanəsinə bu yaxınlarda göndərilib.

«Adria Mar» tərsanəsi SSRİ vaxtında tikilən gəmilərin təmirini təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanın silahlanmasında keçmiş SSRİ istehsalı olan 908 layihəli «Triton-2» kiçik ölçülü dənizaltıların mövcud olduğu bildirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR