Bakıda zavodda yanğın olub - FOTOSESSİYA - VİDEO

Bakıda zavodda yanğın olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 dekabr 2013 01:13 (UTC +04:00)

Bakı. Fərahim Qasımov- APA. Bakının Nərimanov rayonu, Dərnəgül şossesi, 10 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlğında yerləşən metal qəbul edən zavodda yanğın baş verib. APA-nın məlumatına görə, yanğın güclü olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Zavodun bir neçə sexini əhatə edən yanğının söndürlülməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə Xindmətinin Nizami Rayon Hissəsindən də əlavə yanğınsöndürənlər hadisə yerinə çağırılıb. Yanğınla bağlı zavoda girişə məhdudiyyət qoyulub. Yalnız yanğınsöndürən maşınların buraxıldığı zavod ərazisindəki avtomobillər evakuasiya edilib. Yanğın söndürülərək güclü alovun zavod ərazisindəki digər tikililərə keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimannov Rayon Hissəsinin əməkdaşlarının APA-ya verdikləri məlumata görə, yanğının səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR