MSK şikayətlərə baxıb

MSK şikayətlərə baxıb
# 02 noyabr 2015 15:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.


APA-nın məlumatına görə, MSK üzvü Validə Kazımova deyib ki, 53 saylı Quba-Qusar Seçki Dairəsində namizədliyi qeydə alınmış Tərlan Şəfiyev səsvermə günü bu seçki dairəsində qanunvericiliyin tələblərinin pozulması barədə şikayət edib. MSK şikayəti aidiyyəti üzrə baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərib.

MSK üzvü Qabil Orucov 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində namizədliyi qeydə alınmış Mehriban Zeynalovanın şikayəti barədə məlumat verib. Bu şikayət də araşdırılması üçün müvafiq DSK-ya göndərilib.

MSK sədri Məzahir Pənahov deyib ki, namizədlər vaxt itirmədən şikayətləri müvafiq qaydada təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR