NATO-nun hərbi təhsil üzrə ekspert qrupu Bakıya gəlib

NATO-nun hərbi təhsil üzrə ekspert qrupu Bakıya gəlib
# 11 noyabr 2013 07:32 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, səfərdə məqsəd Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin bəzi sahələrinə yardım göstərməkdir.

Bu gün Azərbaycan tərəfi ilə başlayan görüşlərdə hərbi təhsil və kadrların hazırlığı ilə bağlı məsələlər müzakirə ediləcək və təkliflər hazırlanacaq. Səfər noyabrın 14-ü başa çatacaq.

Qeyd edək ki, NATO və ABŞ mütəxəssislərdən ibarət ekspert qrupu ildə bir dəfə təhsil sahəsində əməkdaşlığı müzakirə etmək və Azərbaycana növbəti il ərzində yardımların göstərilməsi üçün Bakıya səfər edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR