Rusiyada təhsil alan azərbaycanlı aspirant Parisdə “Dünya Ovarial klubu”nun üzvü seçilib - FOTO

Rusiyada təhsil alan azərbaycanlı aspirant Parisdə “Dünya Ovarial klubu”nun üzvü seçilib - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 12:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycanlı aspirant Fransanın paytaxtı Paris şəhərində “Dünya Ovarial klubu”nun sayca 3-cü görüşündə iştirak edib. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında təhsilini davam etdirən Ülviyyə Qasımova adı çəkilən görüşdə “Autoimmun ooforit: poligandulyar autoimmun sindromun tərkib hissəsi və ya ayrı bir nozologiya” (“Autoimmune oophoritis - either a part of polyglandular autoimmune syndorm or a distinct nosology”) və “Yumurtalıqların funksiyasının vaxtından əvvəl sönməsi diaqnozunun gündəlik ginekoloji praktikadakı əhəmiyyəti” (“Premature ovarian failure: the importance of this diagnosis in day to day gynecological practice”) başlıqları altında təqdimatlar edib və həmin klubun üzvlüyünə qəbul olunub: “Hər iki təqdimat konqresdə iştirak edən digər ölkə nümayəndələrinin böyük marağına səbəb olmuşdur. Adıçəkilən görüşdə Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Meksika, Braziliya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland da daxil olmaqla dünyanın 47-dən artıq ölkəsindən həkim və professorlar da iştirak edirdilər”.

Xatırladaq ki, Ü.Qasımova bundan öncə Berlin, eləcə də Dehli şəhərlərində keçirilən beynəlxalq konqreslərdə çıxışlarını və təqdimatlarını edib.

Qeyd edək ki, Ülviyyə Qasımova hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında aspirantura pilləsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR