İlqar Məmmədova qarşı əlavə ittiham elan olunub

İlqar Məmmədova qarşı əlavə ittiham elan olunub
# 01 may 2013 11:37 (UTC +04:00)

Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, İ. Məmmədova qarşı Cinayət Məcəlləsinin 233.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama , əldə etmə, saxlama, daşıma, gəzdimə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib, əvəzində 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, İsmayıllı hadisələrinə görə, tutulan şəxslərdən Anar Həsənov, Səftər Ağamalıyev və Tofiq Yaqubluya da həmin maddə ilə əlavə ittiham elan olunub.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədov saxlanılan zaman onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR