Fransanın 8 şirkətinin nümayəndələri Azərbaycana gəlir

Fransanın 8 şirkətinin nümayəndələri Azərbaycana gəlir
# 23 noyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 25-26-da Fransanın 8 şirkətinin nümayəndə heyəti Bakıda səfərdə olacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyəti azərbaycanlı iş adamları ilə ikitərəfli görüşlər keçirəcək.

Nümayəndə heyətinə daxil olan Fransa şirkətləri mühəndislik, audit və sertifikatlaşdırma, idman tədbirlərinin təşkili, təhlükəsizlik sistemləri, səhiyyə və turizm sahələrini təmsil edirlər.

Azərbaycana gələn şirkətlərin nümayəndələri ilə görüşüb işgüzar əlaqələr qurmaqda maraqlı olan sahibkarlar “Azpromo“ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR