Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb, 112 nəfər yaralanıb

Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb, 112 nəfər yaralanıb
# 25 mart 2014 09:24 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, mart ayının 20-dən 25-nə qədər respublika ərazisində 79 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 112 nəfər yaralanıb.

Piyadaların vurulması ilə nəticələnən 22 yol qəzası qeydə alınıb, 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

K. Əliyev qəzaların minimuma endirilməsi məqsədilə reydlər keçirildiyini bildirib.

Hesabat dövründə 528 sərxoş sürücü, 713 ötmə qaydasını pozan, 3073 təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 60 sürücü barəsində, ümumilikdə isə 23082 hərəkət iştirakçısı haqqında inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR