Beynəlxalq İdman Dırmanması Federasiyasının vitse-prezidenti Şahdağ və Heydər zirvəsinə yürüş edib - FOTO

Beynəlxalq İdman Dırmanması Federasiyasının vitse-prezidenti Şahdağ və Heydər zirvəsinə yürüş edib - <span style="color: red;">FOTO
# 13 avqust 2014 08:58 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Azərbaycanda səfərdədir.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 6-dan 14-dək davam edəcək səfər çərçivəsində H. Knabl Azərbaycanın dağ massivləri ilə tanışlıq məqsədilə FAİREX-in “Salavat” idman klubunun rəhbəri İlqar İsrafilovun bələdçiliyi ilə Şahdağ zirvəsinə və Qızıl qaya massivindəki Heydər zirvəsinə yürüş edib.

2 gün davam edən yürüş zamanı qonaq Böyük Qafqazın suayırıcı və yan silsiləsində yerləşən zirvələrin Azərbaycanda dağçılıq idmanının inkişafında böyük əhəmiyyətə malik olduğunun, yeni fəaliyyətə başlayan dağçılar üçün populyarlığının və belə yürüşlərin ənənəvi hal aldığının şahidi olub.

H. Knabl Şahdağ və Heydər zirvələrinin mənzərəsindən xüsusi zövq aldığını qeyd edib, Azərbaycanda dağçılıq sahəsində mövcud potensialı müsbət qiymətləndirib, həmçinin dağçılıq idman növlərinin inkişafına dair öz dəyərli tövsiyələrini verib.

Qeyd edək ki, qonaq səfər çərçivəsində Azərbaycanın və paytaxtın görməli yerləri ilə də tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR