Bidzina İvanişvili: “Cənubi Qafqazda münaqişələrin həlli perspektivi görünmür” - FOTO

Bidzina İvanişvili: “Cənubi Qafqazda münaqişələrin həlli perspektivi görünmür”  - <span style="color: red;">FOTO
# 29 aprel 2013 12:46 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, seminarda Gürcüstanın baş naziri Bidzina İvanişvili, parlamentin sədri David Usupaşvili, NATO və Avropa strukturlarının, NATO-ya üzv ölkələrin nümayəndələri iştirak edir. Tədbirə Azərbaycandan millət vəkilləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev də qatılıb.

B. İvanişvili çıxışında bildirib ki, hazırda Cənubi Qafqazın beynəlxalq birliyin dəstəyinə daha çox ehtiyacı var, çünki münaqişələrin həlli perspektivi görünmür: “Təəssüf ki, bizim regionda hələ də münaqişələrin alovlanması təhlükəsi qalır. Bölgə postsovet transformasiyası prosesinin ən mürəkkəb zonalarından biri kimi formalaşıb. Bu kiçik ərazidə iki dövlətlərarası və üç regional münaqişə var. Bu gün Cənubi Qafqazın beynəlxalq birliyin dəstəyinə və bu bölgəyə cəlb olunmasına heç vaxt olmadığı qədər ehtiyacı var”.

B. İvanişvilinin sözlərinə görə, münaqişələrin həlli üçün yaradılan mexanizmlər hələlik praktik nəticə verməyib: “Gürcüstan ərazilərinin 20 faizi işğal olunub. 90-cı illərdə Abxaziyadakı etnik təmizlikdən sonra 2008-ci ilin avqustunda gürcü əhaliyə qarşı yenidən ağır cinayət törədilib”.

NATO-nun Qafqaz üzrə mütəxəssisi, ekspert Tomas De Vaal “Sülh naminə Qafqazda təhlükəsizlik məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışdan sonra bu mövzuda diskussiya aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Tomas de Vaalın çıxışındakı bəzi məqamlarla razılaşmayıb: “Siz Ermənistanı regionda bir oyunçu kimi qeyd etdiniz. Halbuki bu ölkə Rusiyanın regiondakı forpostudur. Rusiya zorla Azərbaycanı gömrük birliyinə və Avroasiya birliyinə üzv etməyə çalışır”.

Tomas de Vaal bu irada belə cavab verib: “Doğrudur, mən də hesab edirəm ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Amma Ermənistan Rusiya deyil. Azərbaycan Rusiyadan C-300 raket sistemi alıb. Azərbaycan prezidenti çıxışlarında Rusiya ilə yaxşı və mehriban münasibətlərdən danışır. Mən Azərbaycan və Ermənistan nümayəndə heyətinin üzvləri olan dostlarıma bildirmək istəyirəm ki, sizin öz ölkələrinizdə tövsiyələr versəniz, münaqişə həll edilə bilər”.

Seminar mayın 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR