Azərbaycan parlamentinin sədri Xorvatiya prezidenti ilə görüşəcək

Azərbaycan parlamentinin sədri Xorvatiya prezidenti ilə görüşəcək
# 17 may 2014 10:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti mayın 18-də Xorvatiyaya səfər edəcək.

APA-nın məlumatına görə, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib ki, parlamentin nümayəndə heyətinin tərkibinə millət vəkilləri Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

A.Təvəkküloğlu qeyd edib ki, Mili Məclis sədrinin Xorvatiya parlamentinin spikeri Josip Leko ilə görüşündə parlamentlər arasında əlaqələr, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq: “Oqtay Əsədovun Xorvatiya prezidenti İvo Josipoviçlə, Xorvatiya baş naziri Zoran Milanoviçlə, baş nazirin birinci müavini, xarici və Avropa işləri naziri Vesna Puşiçlə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Deputatlarımız Xorvatiya Mili Arxivi ilə tanış olacaq, eyni zamanda Dubrovniç şəhərində bir sıra mədəni proqramlarda iştirak edəcəklər”.

Nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR