Bərdədə evdə partlayış baş verib, iki nəfər xəsarət alıb

Bərdədə evdə partlayış baş verib, iki nəfər xəsarət alıb
# 27 oktyabr 2014 06:50 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli, 3 otaqlı evdə qeydə alınıb.

Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb, pəncərə şüşələri qırılıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR