Azərbaycanda pambıqçılıq və toxuculuq sahələrinin inkişafına dair təkliflər hazırlanıb

Azərbaycanda pambıqçılıq və toxuculuq sahələrinin inkişafına dair təkliflər hazırlanıb
# 26 iyul 2013 09:41 (UTC +04:00)

Belə bir təkliflə Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Bu barədə «APA-Economics»ə Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib.

Onun sözlərinə görə, bu təklifin irəli sürülməsində məqsəd pambıqçılıq sahəsində istehsalçıların stimullaşdırılmasıdır: «Azərbaycanda pambıq sahələrinə çəkilən xərcləri, məhsulun maya dəyəri və rentabelliyi nəzərə almaqla, pambıq sahələrinin artırılmasını təklif edirik. Hazırda pambıq sahələri üzrə də ayrılan subsidiyanın miqdarı 1 hektar üçün 40 manatdır və bu, çox azdır. Ona görə də, təkliflərimizdə bu məbləğin artırılmasını təklif etmişik».

Şöbə müdiri vurğulayıb ki, bu təkliflərin qəbulundan sonra Bakı, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində yerləşən toxuculuq, əyirici fabriklərinin bərpa edilməsi planlaşdırılır: «Hədəfimiz ildə 500 min ton pambıq istehsal etməkdir. Bu, alınarsa, heç bir çətinlik olmayacaq. Fabriklərin yenidən işə düşməsi bir çox insanın işlə təmin olunmasına gətirib çıxaracaq».

Qeyd edək ki, bu il Azərbaycanda pambıq əkini sahələri əvvəlki ilə nisbətən təxminən 17% azalıb və 25 min hektar təşkil edib. Ötən il isə əkin sahələri əvvəlki ilə nisbətən 11 min hektar və ya 27% azalıb, istehsal isə 56,9 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR