Samir Şərifov: "İqtisadi məntiqə zidd olan siyasi oyunların aparılması neftin ucuzlaşmasına səbəb olub"

Samir Şərifov: "İqtisadi məntiqə zidd olan siyasi oyunların aparılması neftin ucuzlaşmasına səbəb olub"
# 17 sentyabr 2015 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadi məntiqə zidd olan siyasi oyunların aparılması neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olub.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Televiziyasının" (AzTV) efirində maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, ötən illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb: "Söhbət təxminən 60%-lik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, təəccüblü görünsə də, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Bildiyimiz kimi, neftin ucuzlaşması neftin hasilatının kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Və bu ilin sonuna gözlənilir ki, bu göstərici 13 milyon barrel səviyyəsinə qaldırılsın. Bununla yanaşı, OPEC-ə daxil olan ölkələr hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Bunun nəticəsində bazarda tələb təklifi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub. Eyni zamanda, burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da biz istisna etmirik. Lakin reallıq budur ki, neftin qiyməti kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq".

S. Şərifov bildirib ki, "çox güman ki, neftin hazırkı qiyməti bir neçə il bu səviyyədə qalacaq, bundan sonra isə qiymətlər artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR