Zaqatala bazarında yanğın baş verib - VİDEO

Zaqatala bazarında yanğın baş verib - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 06:56 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 17-də saat 22:22 radələrində ATSC-nin ümumi sahəsi 1800 kv. m olan əsas binasında qeydə alınıb.

Olay yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək “Zaqatala-Bazar-2” ATSC-nin digər satış mağazalarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ATSC-nin bəzək və zinət əşyaları satılan, ümumi sahəsi 40 kv. m olan mağazası yanar konstruksiyaları və içərisindəki əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Binanın geridə qalan 1760 kv. m sahəsi yanğından mühafizə edilib. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR