Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edəcək
# 02 dekabr 2013 12:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 13-də saat 11:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonlarında, həmçinin Mingəçevir şəhərində yaşayan şəxslər iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Yevlax şəhəri Nizami prospekti-11, əlaqə telefonları: 050 394 51 60; 070 394 51 60; 070 220 57 08; 022 336 24 88) xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR