Son bir ildə dünya bazarında xam neft və neft məhsulları 13-21% ucuzlaşıb

Son bir ildə dünya bazarında xam neft və neft məhsulları 13-21% ucuzlaşıb
# 01 may 2013 14:35 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Aprel ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 101,92 dollara, «Urals» nefti - 101,82 dollara, «BTC FOB Ceyhan» tipli xam neft isə 104,57 dollara satılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Ötən ilin aprelinə nisbətən «Brent» neftinin qiyməti 14,7%, «Urals» nefti 13,4%, «BTC FOB Ceyhan» tipli xam neftinin qiyməti isə 14,6% aşağı düşüb.

Bununla yanaşı, aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 932,62 dollar, təyyarə yanacağı 902,81 dollar, dizel yanacağı 856,07 dollar, 1%-li kükürdlü mazut 586,18 dollar təşkil edib. Ötən ilin apreli ilə müqayisədə benzin 18,7%, təyyarə yanacağı və dizel yanacağı 14,5%, kükürdlü mazut isə 21,4% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR