İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşları qəbul edəcək
# 25 avqust 2014 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avqustun 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qusarda Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-42), (055) 227-02-62 nömrəli telefonlar (əlaqələndirici şəxs Qumru Əsgərova), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR