SAM II illik Frankfurt Qaz Forumunun akademik tərəfdaşı olacaq

SAM II illik Frankfurt Qaz Forumunun akademik tərəfdaşı olacaq
# 10 dekabr 2013 06:44 (UTC +04:00)

Bakı – APA. Dekabrın 11-12-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Frankfurtda (Almaniya) təşkil olunacaq II illik Frankfurt Qaz Forumunun akademik tərəfdaşı olacaq. SAM-dan APA-ya verilən xəbərə görə, tədbirdə mərkəzin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva “Avropa qaz bazarının inkişafı və Azərbaycan qazının mümkün marketinqi” mövzusunda çıxış edəcək.

Konfransın ilk günü “Cənub Qaz Dəhlizinin hazırkı problemləri və gələcək perspektivləri”, “Şərqi Aralıq qazı AB-yə: Ticari perspektivlər və problemlər”, “Rusiyanın AB-yə qaz ixracının perspektivləri: Rusiya yeni AB qaz bazarında necə ticarət edəcək?” mövzulu panellər planlaşdırılır.

İkinci gün “Cənub Qaz Dəhlizi geosiyasəti və bunun Avropa enerji təhlükəsizliyinə təsiri” və “Şərq Aralıq ofşor qazının geosiyasi riskləri və ticari perspektivləri” mövzularında müzakirələr nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR