“Azərpoçt” və “IBA-EXPRESS” əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərpoçt” və “IBA-EXPRESS” əməkdaşlıq müqaviləsi imzalayıb
# 02 aprel 2014 14:15 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ilə “IBA-EXPRESS” beynəlxalq pul köçürməsi sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Bakı, Abşeron, Sumqayıt və regional poçt filiallarının müştəri xidmətləri şöbəsində fəaliyyət göstərən “İBA-EXPRESS” sisteminin test mərhələsi başa çatmaq üzrədir.

Aprelin 7-dən isə “Azərpoçt” MMC-nin bütün şöbələrində bu sistem vasitəsilə pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR