Bakıda baş verən partlayış zamanı yaralanan şəxslərin adları açıqlanıb

Bakıda baş verən partlayış zamanı yaralanan şəxslərin adları açıqlanıb
# 13 fevral 2014 09:41 (UTC +04:00)

Bakı İstanbul Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Səadət Ağayeva sağ baldırın travması ilə Bakı İstanbul Tibb Mərkəzinə yerləşdirilib: “Xəstə hazırda xəstəxanadadır. 1961-ci il təvəllüdlü Afiyət İbadova isə yanıq xəsarətləri olduğu üçün birinci dərəcəli yanıq (üz yanığı), sol təpə gicgahının kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən 24 yaşlı Tərlan Kazımov isə sağ budunun yumşaq toxumasının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə rentgen olunub və evə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR