Aran rayonlarına ilk qar yağıb

Aran rayonlarına ilk qar yağıb
# 12 dekabr 2013 08:27 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Azərbaycanın Aran bölgəsində ilk qar yağıb. APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından yağmağa başlayan qar səhərə yaxın bir qədər də güclənib. Hazırda Ucar, Göyçay və Zərdab rayonunda qarın qalınlığı 7-8 santimetrə çatır. Hələ ki, rayonlarda qazın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb. Əsas magistral yollarda nəqliyyatın hərəkəti nisbətən çətinləşsə də, yollar tamamilə açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR