Bakı - APA-Economics. «Bank Respublika» ASC Azərbaycanın aparıcı avtomobil saytlarından biri olan www.auto.az resursu ilə birgə əməkdaşlığını genişləndirib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi Auto.az saytında avtomobil seçərkən «BU A
Bu linkdən birbaşa «Bank Respublika»nın internet səhifəsinə keçid baş verir və interaktiv kalkulyator avtomatik qaydada seçilən modelə uyğun kredit şərtlərini ətraflı göstərir. Həmçinin, burada kredit şərtləri alıcının istəyinə uyğun optimallaşdırıla bilər.
İndi seçilən avtomobil kreditini Bankın istənilən filialına kredit ərizəsini göndərməklə onlayn sifariş etmək də mümkündür.