Azərbaycanın ABŞ-dakı səfiri: "Cənub Qaz Dəhlizi" Balkan dövlətlərinin inkişafı üçün yeni imkanlar vəd edir"

Azərbaycanın ABŞ-dakı səfiri: "Cənub Qaz Dəhlizi" Balkan dövlətlərinin inkişafı üçün yeni imkanlar vəd edir"
# 22 oktyabr 2013 01:12 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 21-də ABŞ-ın enerji sahəsi üzrə ixtisaslaşmış aparıcı mətbu orqanı olan Environment & Energy Publishing (E&E) online media şirkətinin rəsmi internet səhifəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi dərc edilib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən APA-ya verilən məlumata görə, müsahibədə səfir E.Süleymanov Azərbaycanın neft diplomatiyasının növbəti uğurlarından olan “Cənub Qaz Dəhlizi” layihələrindən bəhs edərək, bu layihənin strateji önəmi barədə fikirlərini açıqlayıb. Səfir həmçinin, Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu bir dönəmdə ABŞ-ın enerji strukturlarının inkişafına davamlı dəstəyinin vacib olduğunu qeyd edib.

E.Süleymanov “Cənub Qaz Dəhlizi” layihələrinin Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə və ABŞ-ın birmənalı dəstəyi nəticəsində reallaşdırılmış Bakı-Tiflis-Ceyhan layihəsinin uğurunu təkrarlayacağına ümidvar olduğunu da bildirib.

Qərbə qarşı neft embarqosunun 40 il əvvəl məhz oktyabr ayında tətbiq edildiyini xatırladan səfir bunun fəsadlarının enerji təhlükəsizliyi, xüsusilə Xəzər dənizin enerji resurslarının əhəmiyyətini daha da artırdığını vurğulayıb. Diplomat bu xüsusda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin Balkan dövlətləri üçün yeni coğrafi reallıqlar, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar vəd etdiyini qeyd edib.

Müsahibə ilə aşağıdakı keçiddə tanış olmaq olar:

http://www.eenews.net/login?r=http%3A%2F%2Fwww.eenews.net%2Fenergywire%2F2013%2F10%2F21%2Fstories%2F1059989103

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR