Dövlət Baytarlıq Xidmətinin rəhbəri: “Heyvanlar arasında xəstəliklərin azalması müşahidə olunur”

Dövlət Baytarlıq Xidmətinin rəhbəri: “Heyvanlar arasında xəstəliklərin azalması müşahidə olunur”
# 19 sentyabr 2013 12:10 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Heyvanlar arasında xəstəliklərin azalması müşahidə olunur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Siyalə Rüstəmova deyib. O bildirib ki, hazırda virusa yoluxmuş 560 baş heyvan müalicə alır.


S. Rüstəmova hazırda xəstəliklərlə bağlı vəziyyətin stabil olduğunu söyləyib: “Baytarlıq işçiləri tərəfindən müvafiq tədbirlər görülür. Xəstəliklərin aşkar edildiyi təsərrüfatlarda dezinfeksiya və heyvanları çimizdirmə prosesi aparılır. Hər zaman olduğu kimi, qabaqlayıcı tədbirlər görülür. Qarşıdan payız mövsümü gəlir və ona görə də biz bu tədbirləri sürətləndirdik. Mütəxəssislərimiz peyvəndləmə işlərini intensivləşdirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR