Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti 3,7% artıb

Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti 3,7% artıb
# 19 iyul 2013 13:08 (UTC +04:00)

Məlumata əsasən, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyib və nəticə olaraq əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7% yüksəlib.


Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,8 mlrd. manatlıq gəlirin 69,2%-i son istehlak xərclərinə, 9,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 19,8%-i isə yığıma yönəldilib.


Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,4 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 7,1% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR