XİN Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırıb

XİN Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırıb
# 31 may 2014 11:13 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, adları sadalanan şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunublar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib: “Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur”.

Azərbaycan XİN Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR