İyunda Odessa-Bakı aviareysi açılacaq

İyunda Odessa-Bakı aviareysi açılacaq
# 22 may 2013 11:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 8-dən etibarən «Ukraine International Airlines» aviaşirkəti Odessa-Bakı-Odessa marşrutu ilə birbaşa aviareyslərə başlayacaq. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata əsasən, Odessadan Bakıya uçuşlar iyunun 7-də yerli vaxtla saat 21:30-da yerinə yetiriləcək ki, təyyarə Bakıya saat 02:15-də çatacaq. Əks istiqamətdə isə uçuş iyunun 8-də saat 03:15-də həyata keçiriləcək və təyyarə Odessa aeroportunda saat 04:15-də enəcək: «Bakıdan Odessaya uçuşlar iyunun 23-dək hər həftənin VI günləri yerinə yetiriləcək. İyunun 23-dən etibarən isə uçuşlar VII günlər eyni vaxtda həyata keçiriləcək».

Qeyd edək ki, hazırda «Ukraine International Airlines» aviaşirkəti Kiyev-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirir. İyunun 1-dən etibarən isə aviaşirkət Donetsk-Bakı marşrutu üzrə də birbaşa uçuşlara start verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR