İsrail 26 fələstinli məhbusu azad edib

İsrail 26 fələstinli məhbusu azad edib
# 13 avqust 2013 23:21 (UTC +04:00)

Bakı-APA. İsrail Fələstinlə danışıqların bərpa olunması barədə əldə olunmuş razılaşma çərçivəsində fələstinli məhbusları azad etməyə başlayıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, 26 nəfərin azad olunduğu “Avalon” həbsxanasının qarşısında İsrail hakimiyyətinin bu qərarına etiraz aksiyaları keçirilib.

Qəzza zolağı və İordan çayının Qərb sahilindən olan keçmiş məhbuslar xüsusi ayrılmış nəqliyyat vasitələri ilə evlərinədək çatdırılır. Qeyd olunan ərazilərdə bununla əlaqədar bayram şənlikləri başlayıb.

Qeyd edək ki, İsrail-Fələstin danışıqlarının avqustun 14-də davam etdiriləcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR